Türkiyə Superliqasının 28-ci turu çərçivəsində baş tutan “Gənclərbirliyi” – “Qalatasaray” matçı sonrası elitanı tərk edəcək ilk klubun adı bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, 12 xalla son sırada qərar tutan “Karabükspor”un aşağı dəstənin yolunu tutacağı dəqiqləşib. Belə ki, 28-ci turun bağlanış matçında “Qalatasaray”a qalib gələn “Gənclərbirliyi” kollektivi, mövsümün bitməsinə 6 həftə qaldığı bir müddətdə Karabük təmsilçisi ilə xal fərqini 18-ə çıxarıb. Bu isə o deməkdi ki, Ankara təmsilçisi qarşıdakı bütün turlarda uduzub, “Karabükspor” isə aktiivnə 3 xal yazdıracağı təqdirdə belə faydasız olacaq.
Qeyd edək ki, karabüklülər cari mövsüm “Gənclərbirliyi”nə hər iki matçda uduzub.