28 Sentyabr 2024
Dünyadan

Türkiyə Superliqasının matçları yeni mövsümdən etibarən yeni kanalda

Yeni mövsümdən etibarən Türkiyə Superliqasının matçları Fransada da canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, son dövrlərdə ulduz futbolçuların Türkiyəyə axını Fransanın “beİN Sports” kanalının diqqətini cəlb edib. 11 avqustdan etibarən start götürəcək Superliqanın həftədə 4 oyunu sözügedən kanalda futbol azarkeşlərinin ixtiyarına veriləcək.
Qeyd edək ki, uzun illər Fransa çempionatında top qovan  Bafetimbi Qomis, Younes Belhanda,  Matyu Valbuena, Ceremi Menez həmçinin Madrid “Real”ının sabiq müdafiəçisi Pepe, eləcə də, məşhur çalışdırıcı Pol Le Quen qarşıdakı mövsümdən etibarən Türkiyə çempionatında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43