Azərbaycan yığmasının üzvləri – Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin şərəfini qoruduğu “Qaziantep BB” Türkiyə kubokunun ilk mərhələsi çərçivəsində səfərdə “Anadolu Selcukspor”un qonağı olub.
İdmanxeber.com-un məlumatına görə, ilk qolu meydan sahibləri vursa da, ikinci hissədə Vaqif Cavadov hesabı bərabərləşdirib. 71-ci dəqiqədə isə Rəhman Hacıyev komandasına qələbə qazandıran qola imza atıb.
Futbolçularımızın qolları sayəsində Qaziantep klubu mərhələ adlayan tərəf olub – 2:1.