19 Fevral 2025
Kateqoriyasız

Türkiyədən “Qarabağ”a və Qurban Qurbanova təbrik

“Neftçi” və “Qarabağ”ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Mehmet Ak Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına biganə qalmayıb.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli mütəxəssis “Qararabağ”ın tarixi anı üçün bunları dedib:

Qarabağ”ın bu uğuru məni və Türk idmansevərlərini çox sevindirdi. Mən, “Qarabağ” rəhbərliyini, məşqçilərini və futbolçularını bu uğurdan dolayı təbrik edirəm. “Qarabağ”da işləmiş bir məşqçi olaraq bu nəaliyyət məni çox xoşbəxt etdi. Bu uğurların hər il təkrarlanması, Azərbaycan futbolu üçün çox böyük inkişaf olar. Həmkarım Qurban Qurbanovu təbrik edirəm. “Qarabağ” azarkeşlərini də salamlayıram. Artıq komandalarını qrup oyunlarında daha yaxşı dəstəkləməlidirlər. Türkiyədən bütün Azərbaycana salamlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43