27 Dekabr 2024
Ölkə futbolu

Türkiyəli məşqçi Foqtsun millidə qalmasına kəskin reaksiya verdi: “Foqtsun yerinə Şaxta baba çalışsaydı, eyni nəticələri göstərərdi”

Bir vaxtlar ölkəmizdə “Turan” (İndiki adı ilə “Turan T”) klubunda  çalışmış türkiyəli baş məşqçi Naci Şensoy, millimizin çalışdırıcısı Berti Foqtsun daha 2 il müqaviləsini uzatmasına münasibət bildirib. Təcrübəli çalışdırıcı “facebook” səhifəsində bunları yazıb:

“Azərbaycan Futbol Federasiyası 5 il birlikdə çalışdıqları alman məşqçi Berti Foqtsun müqaviləsini daha iki il uzadıldı. Bu 5 il ərzində Azərbaycan futboluna heç bir şey verməyən Foqtsun yerinə hər hansı bir Şaxta baba çalışsaydı, eyni nəticələri göstərərdi. Yazıq, həm də çox yazıq…”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43