Millimizin qapıçısı Andrey Popoviç yenidən Azərbaycan Premyer Liqasında çıxış edə bilər.
Hazırda Türkiyənin PTT 1-ci liqa təmsilçisi olan “Tavşanlı Linyitspor”da forma geyinən qolkiper buradan narazıdı və bir an öncə ölkəmizə dönmək barədə düşünür. Onun yaxın günlərdə Gənclik şəhəri təmsilçisi ilə müqavilə imzalayacağı söylənilir.