Türkiyənin adlı-sanlı məşqçilərindən biri olan Mustafa Dənizlinin yeni iş yeri müəyyənləşib.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, “Beşiktaş”, “Fənərbağça” və “Qalatasaray”ın sabiq baş məşqçisi I liqa təmsilçisi olan “Şanlıurfaspor”la anlaşıb.
Qeyd edək ki, türkiyəli mütəxəssis son olaraq ötən mövsüm “Rizəspor”u çalışdırıb və həmin klubu Superliqaya çıxarıb.