23 Oktyabr 2024
Kateqoriyasız

Türkiyənin ulduz futbolçusu silahlı basqına məruz qalıb

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Gökhan Törə növbəti dəfə qalmaqalla gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu növbəti dəfə dava-dalaşda iştirak edib.

Belə ki, Türkiyə millisinin üzvü dostu ilə istirahət etdiyi Bodrumdakı gecə klubunda əyləndikdən sonra dayanacaqda bir azarkeşlə dalaşıb. Törə onun şəklini çəkmək istəyən şəxslə mübahisəyə girişib və onun ünvanına təhqirlər yağdırıb.

Bu sözlərə dözə bilməyən azarkeş belindəki silahı çıxararaq futbolçuya tərəf tutub. Lakin ətrafdakı insanların araya girməsi ilə yarımmüdafiəçi ilə dostu ordan uzaqlaşdırılıb, azarkeşi isə çətinliklə sakitləşdirmək mümkün olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43