22 Oktyabr 2024
Kateqoriyasız

“Türkiyəyə uduzduğumuz oyunda çoxlu ağlamışdım” – Luka Modriç

Xorvatiya millisinin futbolçusu Luka Modriç “Avro-2016″dakı şanslarını dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, o, Türkiyəni məğlub edəcəkləri təqdirdə, qrupdan çıxmaq şanslarının çox olacağını deyib:

“Növbə ilə Türkiyə, Çexiya və İspaniya ilə oynayacağıq. İlk oyununu əsasdır. Türkiyə məğlub etsək, qrupdan çıxmaq şansımız asan olacaq”.

Modriç Xorvatiya millisində ən çox Avro-2008″də Türkiyəyə penaltilərlə uduzduğu görüşdə təəssüfləndiyini bildirib: “Məğlubiyyəti sevmirəm. Türkiyəyə penaltilərlə uduzduğumuz oyunda çoxlu ağlamışdım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43