Türkiyə mətbuatı “Trabzonspor”un baş məşqçisi postundan istefa verən Mustafa Reşit Akçayın yerinə ən real namizəd kimi “Xəzər Lənkəran”ın çalışdırıcısı Mustafa Dənizlini görürlər.
İdmanxeber.com-un məlumatına görə, Trabzon təmsilçisinin prezidenti İbrahim Hacıosmanoğlunun yaxın günlərdə 64 yaşlı mütəxəssislə görüşəcəyi deyilir.
Trabzon klubunun digər rəsmiləri də, indiki durumda yalnız Dənizlinin komandanı ayağa qaldıra biləcəyini düşünürlər.