“Bavariya”nın baş məşqçisi Tomas Tuxel klubdan ayrıldıqdan sonra 10 milyon avroya yaxın maaşını alacaq.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis 2023-cü ilin martından “Bavariya”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 37 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 16 dəfə məğlub olub.
Bu mövsüm “Bavariya” 34 turdan sonra 72 xal toplayaraq Almaniya çempionatının turnir cədvəlində üçüncü yeri tutub.