Mövsümün sonunda “Bavariya”dan ayrılacaq olan Tomas Tuxel yenidən Premyer Liqaya qayıtmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis sabiq klubu “Çelsi” və ya “Mançester Yunayted”dən birini idarə etmək istəyir.
Tuxel 2021-22-ci illər arasında “Çelsi”də çalışıb. O, London klubuna Çempionlar Liqası qazandırmağı bacarıb.