26 Fevral 2024
Premyer Liqa

Tuyqun Nadirov apelyasiyaya şikayət edəcəklərini deyib, tutulan azarkeşlərdən danışdı

“Biz klub olaraq əlimizdən gələni etdik ki, tutulan azarkeşlərimiz buraxılsın. Buna görə də, 7 nəfərdən ikisinin buraxılmasına nail ola bildik. Digər 5 nəfərə bir müddətlik saxlanılıb və çalışırıq ki, həmin azarkeşlərimiz də azadlıqa çıxsın. Biz hər zaman olduğu kimi yenə azarkeşlərimizin arxasındayıq”.

Bus sözləri idmanxeber.com-a “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Cənub klubunun rəsmisi “Böyük oyun”dan sonra İK-in çıxartdığı qərarlara qarşılıq bunları dedi:

“Biz öz tərəfimizdən, klub olaraq AFFA-ya təşəkkür edirik. Lənkəranlı fanatları futboldan məhrum etmədi və qarşıdakı ev oyunlarında fanatlarımız “Xəzər Lənkəran”a dəstək ola bilərlər. Ancaq digər qərarlara görə iə biz apelyasiyaya şikayət edəcəyik”.


Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43