AFFA-nın Klublar Komitəsinin iclası keçirilib
İdmanxeber.com-un məlumatına görə, AFFA prezidentinin əmrinə əsasən yaradılan Klublar Komitəsinin ilk iclasi bu gün Hilton otelində keçirilib. İclasda AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edərək fikir və təkliflərini bildiriblər. Sonra görüş yalnız Topaz Premyer Liqası klublarının nümayəndələrinin iştirakı ilə davam etdirilib və olkə futbolunun inkişafi ilə bağli ətraflı muzakirələr aparılıb.
İclasda Xəzər Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirov Klublar Komitəsinin sədri seçilib.