AFFA-nın Klublar Komitəsinin rəhbərliyində dəyişiklik olub.
İdmanxeber.com-un məlumatına görə, az öncə başa çatan iclasda qurumun sədri Tuyqun Nadirov namizədliyini irəli sürməyib.
“Xəzər Lənkəran”ın vitse-prezidenti istefa verməsinə səbəb kimi bundan sonra diqqətini “ağ-yaşıllar”a yönəltmək istəyi ilə əlaqələndirib.
Xatırladaq ki, T.Nadirov 1 il KK-də sədr oldu.
Qeyd edək ki, komitənin yeni sədrinin adı hələ dəqiqləşməyib.