14 Yanvar 2025
Kateqoriyasız

Tuyqun Nadirov “Xəzər Lənkəran”a görə istefa verdi

AFFA-nın Klublar Komitəsinin rəhbərliyində dəyişiklik olub.

İdmanxeber.com-un məlumatına görə, az öncə başa çatan iclasda qurumun sədri Tuyqun Nadirov namizədliyini irəli sürməyib. 

“Xəzər Lənkəran”ın vitse-prezidenti istefa verməsinə səbəb kimi bundan sonra diqqətini “ağ-yaşıllar”a yönəltmək istəyi ilə əlaqələndirib.

Xatırladaq ki, T.Nadirov 1 il  KK-də sədr oldu.

Qeyd edək ki, komitənin yeni sədrinin adı hələ dəqiqləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43