Ölkə futbolu

Tuyqun Nadirovdan Superkubokla bağlı AÇIQLAMA

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov “Neftçi” ilə oktyabrın 23-də Naxçıvanda keçirəcəkləri Superkubok matçı ilə bağlı açıqlama verib.

İdmanxeber.com saytına danışan Nadirov bunları deyib:

“Bizim üçün fərqi yoxdu Superkubok harada keçirilir. İstər Naxçıvanda, istərsə də digər yerdə keçirilsin, biz qələbə qazanmaq üçün hər yerdə oynamağa hazırıq. Biz azarkeşlərimizi sevindirmək üçün bu oyunda qalib gəlmək istəyirik”.

Nadirov hakimlərin həmin oyunda daha ədalətli olacaqlarını düşünür:

“Bizim yaxşı hakimlər çoxdu. Onlar bu oyunun məsuliyyətini anlayıb, ciddi hazırlaşacaqlar. Öz hakimlıərimizə güvənməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43