Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Tvente” klubu heyətini gücləndirib.
İdmanxeber.com-un məlumatına görə, hollandiyalılar cənubi afrikalı yarımmüdafiəçi Kamohelo Mokotjo ilə 4 illik müqavilə imzalayıb. 23 yaşlı yarımmüdafiəçi son mövsümü elə Hollandiyada – “Zvolle” klubunda keçirib.