19 Fevral 2025
Kateqoriyasız

“Tvente” “Qarabağ”la oyun öncəsi daha bir futbolçusunu itirdi

Avroliqada “Qarabağ”ın rəqibi “Tvente” əsas oyunçularından birini itirib.

İdmanxeber.com-un məlumatına görə,  Enşede təmsilçisinin üzvü Lük Kastaynos  Hollandiya çempionatının III turunda “NAK Breda”ya qarşı keçirilən matçda qasıq nahiyəsindən xəsarət alıb. Futbolçunun “Qarabağ”la cavab oyununda oynuyub oynamaması sual altındadı.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” görüşü avqustun 28-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43