18 Fevral 2025
Kateqoriyasız

“Tvente”nin baş məşqçisi: “Bu, utancvericidir”

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunundan sonra keçirilən mətbuat konfransında Tvente” klubunun baş məşqçisi mətbuata açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Alfred Şreyder bu sözləri deyib:

“İlk hissədə yaxşı oyun nümayiş etdirdik. Fasiləyə 1:0 üstün yollandıq. Ancaq hesab 2:1 və 3:1 də ola bilərdi.Fasilədən sonra məqsədimiz dəyişməmişdi. Ancaq hesab 1:1 olduqdan sonra oyuna nəzarəti itirdik. Bu qol rəqibə əlavə güc verdi. Qol epizodları yarada bilmirdik. “Qarabağ” kimi rəqibə oynamaq imkanı verməli deyildik. Rəqib yaxşı komandadır. Onlar fiziki cəhətdən daha hazırlıqlı idilər. Bizim komandamız isə gəncdir. Hər şeyi sıfırdan başlayırıq. Adət etdiyimizdən fərqli oyun gördük. Avrokubok oyunları bir məktəbdir. Təəssüf ki, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Bu, utancvericidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43