30 Sentyabr 2024
Kateqoriyasız

“Tvente”nin baş məşqçisi: “Qarabağ” bizim üçün yaxşı rəqibdir”

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Tvente” klubunun baş məşqçisi Alfred Şreyder püşkün nəticəsini dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, hollandiyalı çalışdırıcı Ağdam klubunu münasib rəqib sayır:

“Qarabağ” haqda geniş təsəvvürüm yoxdur, ancaq onların Çempionlar Liqasının III təsnifat mərhələsində “Zalsburq”la oynadıqlarını bilirəm. Bakıda 2:1 qələbə qazansalar da, səfərdə 0:2 hesabı ilə məğlub olublar. “Qarabağ” bizim üçün yaxşı rəqibdir. Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik və bunun üçün mübarizə aparcağıq”.

Qeyd edək ki, “Qarabağ” və “Tvente” komandaları arasında ilk oyun avqustun 21-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Hollandiyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43