Avroliqanın pley-off mərhələsində “Qarabağ”ı evində qonağ edəvək “Tvente” klubunun futbolçusu Andreas Byelland matç haqqında klubun rəsmi səhifəsinə danışıb.
İdmanxeber.com-un məlumatına görə, “Tvente”nin kapitanı olan Andreas Byelland azərkeşlərə səslənib:
“Bu, həlledici matç olduğu üçün qalib gəlməliyik. Azarkeşlərimizin dəstəyi ilə qrupa mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bu mərhələdə oynamaq üçün ötən mövsüm çox çalışmışıq. Avroliqada mübarizə aparmaq böyük təcrübədir. Belə səviyyəli yarışlarda daha çox oynamaq istəyirik. İnanıram ki, azarkeşlərin sayəsində stadionda əls Avropa gecəsi mühiti yaşanacaq”.