Fransa millisi və “Arsenal”ın sabiq futbolçusu Tyeri Anrinin yeni iş yeri bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, veteran futbolçu “Arsenal”da çalışacaq.
O, London klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 38 yaşlı Anri “Arsenal”dan başqa “Monako”, “Yuventus”, “Barselona” və “Nyu York Red Bulls” kimi komandalarda da çıxış edib.