Milli komanda

U-17 qələbə qazanıb

Serbiyada təlim–məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “Voyvodina” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Xaqani Sadıxovun dubl etdiyi oyunda digər qolun müəllifi penalti zərbəsindən dəqiq yararlanan Kamran Quliyev olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43