05 Oktyabr 2022
Kateqoriyasız

U-21 millimizin heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sentyabrın 7-də Fransa ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Idmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 22 futbolçuya dəvət göndərib.

Komanda avqustun 28-də təlim-məşq toplanışına başlayacaq.

U-21 yığmamızın heyəti:
 Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev, Turan Manafov (hər ikisi “Səbail”), Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Samir Məhərrəmli, Ozan Can Kökçü (hamısı “Sabah”), Rauf Hüseynli, Nihad Tamazov, Toral Bayramov, Elvin Cəfərquliyev (hamısı “Qarabağ”), İdris İnqilablı, Rövlan Muradov (hər ikisi “Qəbələ”), Turan Vəlizadə (“Keşlə”), Hacıağa Hacılı (“Zirə”), Mərt Çelik, Əmrə Kaplan (hər ikisi “Başakşəhər”, Türkiyə), Fərid Nəbiyev (“Viktoriya”, Çexiya), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə, Süleyman Əhmədov (hamısı “Sumqayıt”), Muhammed Mustafa Yıldırım (“Alanyaspor”, Türkiyə)

Qeyd edək ki, U-21-in Fransa ilə matçı Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Sabah” yenə qələbəyə həsrət qaldı

admin

Volkov “qol orucunu” pozdu, “Zirə” qələbə qazandı – VİDEO

admin

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

admin