05 Fevral 2025
Kateqoriyasız

“Üç xal bizə hava və su kimi lazım idi” – Samir Əliyev

“Oyundan öncə çox şey yazıldı. Amma hər şey meydançada həll olunur və siz necə gərgin mübarizənin getdiyini gördünüz”.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Əliyev  Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

“Biz bir neçə oyundur ki, qələbə qazana bilmirdik. Sumqayıt səfərində qazanılacaq 3 xal bizə hava və su kimi lazım idi. İlk hissədə hesabda geri olsaq da, ikinci hissədə dönüş edə bildik”.

S.Əliyev bildirib ki, futbol səhvlər üzərində qurulub:

“Bundan öncəki oyunlarda səhvlər etdik, məğlub olduq. Səhv olmalıdır ki, top da qapıdan keçsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43