Kateqoriyasız

“Udineze”nin baş məşqçisi: “Qəbələ” xoşuma gəlir”

“Udineze”nin baş məşqçisi Boşko Boşkoviç komandasının 15 yaşa qədər komandalar arasında keçirilən III “Qəbələ Kubokunda” çıxışını qiymətləndirib. 

İdmanxeber.com-un məlumatına görə, Boşkoviç bunları söyləyib:

“Fənərbaxça”nı turnirin ən yaxşı komandası hesab edirəm. Onların futbolçuları fiziki cəhətdən yaxşı hazırlıqlıdırlar. Onlar mənim yarış favoritimdirlər. “Qəbələ” də xoşuma gəlir, həmçinin, yaxşı komandadır. Heyətlərində güclü futbolçular var. Yarımfinalda onlara uğur diləyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43