26 Noyabr 2024
Kateqoriyasız

“Uduzanda səni pisləyirlər, qalib gələndə isə həmin adamlar tərifləməyə başlayır” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Millətlər Liqasında Azərbaycan yığması ilə oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi…

– Belarus və Qazaxıstanla oyunlarda istənilən nəticələr olmadı. Komandada güvən, inam baxımından vəziyyət necədir?
– Həmin oyunları yaxşı analiz etmişik. Hər ikisində rəqibdən daha üstün oynadıq, keyfiyyətli futbol göstərdik. Qol vura bilmədiyimiz üçün çox üzgünük. Baxmayaraq ki, çoxlu şanslarımız olur. Öz təcrübəmə əsasən deyə bilərəm ki, bu gün alınmayan, sabah mütləq alınır. Bizi çox güclü rəqiblə oyun gözləyir. Əvvəldən demişdik ki, Slovakiya qrupun favoritidir. Onların Qazaxıstana məğlubiyyəti sürpriz oldu. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün də qol vurmaq lazımdır.

– Futbol ictimaiyyəti – mütəxəssislər, jurnalistlər, azarkeşlər heyət seçimlərinizdən narazıdır. Bundan xəbərdarsız? Fərqli sistemlə daha uğurlu nəticələr qazanmaq olarmı?
– Bu, sizin işinizdir. Mən öz işimi görürəm. Mental baxımından elastikəm, ona görə də dərinliyə getmirəm. Keyfiyyət baxımından heç kim deyə bilməz ki, son iki oyunda pis oynadıq. Hamı azaddır, istədiyini deyə bilər. Futbol belədir, uduzanda səni pisləyirlər, qalib gələndə isə həmin adamlar tərifləməyə başlayır. İki oyunun statistikasına baxsaq hər şçey anlaşılır. İndi iki qələbə barədə də danışa bilərdik. Təəsəsüf ki, alınmadı. Futbolda hər şey baş verə bilər.

– Rəqib komandada baş məşqçi dəyişikliyinin onların oyununa necə təsir edəcəyini düşünürsüz?
– Qrupumuzun ən güclü komandasıdır. Futbolçuları top-liqalarda oynayır. Komandanı yaxşı analiz etmişik. Oyuna hazırıq. Baş məşqçi dəyişikliyinin səbəbini bilmirəm. Ola bilər ki, Qazaxıstanla oyuna görədir. Həmin matçda çoxlu şansları var idi. Qazaxıstan isə yaxşı döyüşdü, sona qədər 11 nəfərlə mübarizə apardı. Sabah biz də təxminən Qazaxıstanın oynadığı kimi aqressiv olmalıyıq.

– İlk dəfə komandanızı “Dalğa Arena”da oyuna çıxaracaqsız. Bu stadiondan gözləntiləriniz nədir?
– Yaxşı oyun keçirməliyik. İlk iki matç müqayisədə daha az şansımız ola bilər, amma bunlardan daha effektiv istifadə etməliyik. Bu stadion çox xoşuma gəlir, idealdır. Ümid edirəm ki, azarkeşlərin səsini eşidə biləcəyik. Bilirəm ki, Azərbaycan Slovakiyaya qarşı son oyunda 5 qol buraxıb, sabah fərqli olacağına ümid edirik.

– Dmitri Nazarov və Anatoli Nuriyev son oyunlarda çox az şans qazanıb. Hazırlıq durumları necədir?
– İkisi də fiziki cəhətdən hazırdılar. Nuriyev bir müddət futboldan kənar qalmışdı. Sonra “Sumqayıt”da formaya düşdü. Nazarov yaxşı, təcrübəli futbolçudur, bizə kömək edə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43