“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Bavariya”ya məğlubiyyətdən (0:1) sonra fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, avrokuboklardan kənar qalan “qırmızı şeytanlar”ın baş məşçqisi durumu belə izah edib:
“Aydındır ki, bugünkü oyundakı məğlubiyyətlə mübarizədən kənarlaşdırıldıq. Yaxşı oyun nümayiş etdirdik, amma səhvlərimiz oldu. Fərdi səhvlər. Sonda isə yaxşı alınmadı. Bugünkü oyun çox yaxşı keçdi, uduzmağa layiq deyildik, amma məğlub olduq.
Komanda çox yaxşı çıxış etdi. Amma biz bundan kifayət qədər faydalana bilmədik, bu doğrudur.Təəssüf ki, belə oldu”.