22 Oktyabr 2024
Kateqoriyasız

UEFA 4 klubumuza ödəniş etdi

UEFA Azərbaycanın dörd klubuna ödəniş edib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, 2021/2022 mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edən klublara şamil olunub.

 

 

“Şamaxı” və “Sumqayıt”a 25 000, “Neftçi”yə 79 000, “Qarabağ”a isə 17 000 avro ödənilib.

Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43