UEFA Avropa kuboklarında yarışan klubların yeni reytinq siyahısı açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, açıqlanan siyahıda son beş mövsümdə (2010/11, 2011/12, 2012/13, 2013/14, 2014/15) qitə miqaylı turnirlərdə mübarizə aparan Azərbaycan klublarının adı da daxil edilib.
Ən yaxşı göstəriciyə “Neftçi” və “Qarabağ” malikdi.
Ümumilikdə, komandalarımızın UEFA reytinqindəki mövqeyi aşağıdakı kimidir:
191. “Neftçi” (-1)
216. “Qarabağ” (-2)
263. “İnter” (+17)
300. “Xəzər Lənkəran” (-14)
344. “Bakı” (-7)
374. “Qəbələ” (+7)
375. AZAL (-8)