Kateqoriyasız

UEFA açıqladı: AVRO-2020 11 şəhərdə

AVRO-2020 əvvəlcədən planlaşdırıldığı kimi 12 yox, 11 şəhərdə keçiriləcək.

Dublin ev sahibliyindən məhrum edilib. Bu barədə UEFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında məlumat verilib. Bildirilir ki, Dublin azarkeşlərlə bağlı təminat verə bilmədiyi üçün orda keçirilməli olan 3 qrup matçı Sankt-Peterburqda, 1/8 final görüşü isə Londonda keçiriləcək.

Bundan başaq Bilbao Sevilya ilə əvəzlənib. E qrupunun 4 oyunu və 1 1/8 final matçı Sevilya Olimpiya Stadionunda baş tutacaq. Əndəlusiya əyalətinin rəhbərliyi stadionda 30 faiz azarkeşin iştirakı ilə bağlı təminat verib.

Buna qədər azarkeş təminatı verməyən Münhendə isə minimum 14 500 izləyicinin iştirakı təsdiqlənib.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun – 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam və Sevilya şəhərləri ev sahibliyi edcək. UEFA-ya azarkeşlərlə bağlı təminat verən Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək. Bu oyunlarda Bakı Olimpiya Stadionunun 50 faizi qədər izləyici iştirak edə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43