İdman

UEFA AÇIQLADI: “Qarabağ”ın oyunu “Borussiya” – “Real” matçından daha çox izləndi

UEFA Çempionlar Liqasının C qrupunda baş tutan “Qarabağ” – “Roma” görüşü turun ən seçilən oyunu olub.

İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamızın oyununu fərqləndirən amil azarkeş olub. Belə ki, Bakı Olimpiya Stadionunda reallaşan qarşılaşmaya 67 200 azarkeş toplaşıb. Bu isə II turun qarşılaşmaları arasında ən yaxşı göstəricidi. 

Bu görüş “Borussiya” – “Real” matçını da üstələyib. “Signal İduna Park”da keçirilən qarşılaşmada 65849 nəfər azarkeş olub.

Üçüncü yerdə isə “Qarabağ”ın yer aldığı C qrupunda keçirilən  “Atletiko” – “Çelsi” matçıdır. Madrid klubunun yeni istifadəyə verilmiş “Vando Metropolitano” stadionunda keçirilən görüşü 60643 azarkeş izləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43