UEFA Azərbaycanın əsas millisinə görə AFFA-nı cərimələyib.
İdmanxeber.az-ın məlumatına görə, buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub. Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiya 6000 avro ödəməlidir.
Qeyd edək ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.