Dünya futbolu

UEFA “Arsenal”ı cəzalandırdı – “Qarabağ”a görə

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilən “Arsenal” – “Qarabağ” oyununda (1:0) baş verən insidentlə bağlı qərar verib.

Londonda keçirilən matçın sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə daxil olan erməni azarkeşin hərəkəti ilə bağlı tədbir görülüb. UEFA sözügedən xoşagəlməz olay və matçın startının gecikməsi səbəbindən London klubunu 15 min avro cərimələyib.

Xatırladaq ki, turnirdə mübarizəni davam etdirən “Arsenal” 1/4 finalın ilk görüşündə səfərdə “Renn”ə 1:3 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43