Kateqoriyasız

UEFA azərbaycanlı hakimlərin kateqoriyalarını dəyişdirdi

UEFA 2021/22 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin kateqoriyalarında dəyişikliklər edib.

Əsas dəyişiklik üçüncü kateqoriyanın ləğv edilərək, ikinci kateqoriyanın genişləndirilməsidir.

Bu səbəbdən, Azərbaycanın iki FİFA referisi – Elçin Məsiyev və Rauf Cabbarov ikinci kateqoriyaya keçib. Digər FİFA referimiz Əliyar Ağayev isə yenə birinci kateqoriyada qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43