Kateqoriyasız

UEFA azarkeşlərlə bağlı Bakının qarşısına yeni tələb qoydu

Çeferin Avro-2020-nin təşkili ilə bağlı açıqlama verib.

“Sky Sports”a danışan sloveniyalı funksioner turnirin arkeşlərlə keçiriləcəyini təsdiqləyib:

“Təşkilatçılıqla bağlı bir neçə senari mövcuddu. İdeal senariyə əsasən, Avropa çempionatını 12 şəhərdə keçirəcəyik. Amma mümkün olmasa, yarış 10 və ya 11 şəhərdə təşkil olunacaq. Bu, bir və ya bir neçə şəhərin tələb olunan şərtlərə cavab verməyəcəyi təqdirdə gerçəkləşəcək. AVRO-2020-nin istənilən matçının boş stadionda keçirilmə ehtimalı yoxdu. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidi. Şəhərlər üçün stadionlarda azarkeşlərlə bağlı son müddət 7 aprelədəkdi. Yekun qərar isə aprelin 20-də veriləcək”.

Avropa çempionatı bu il Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçirilməlidi. 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun – 11 iyula təxirə salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43