Kateqoriyasız

UEFA Bakıdakı oyunların vaxtını dəyişdi

Futzal üzrə Avropa cempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunacaq 4-cü qrupunda son turda keçiriləcək hər iki oyunun başlanma vaxtı UEFA tərəfindən dəyişdirilib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, qarşılaşmalar saat 18:30 və 21:00-da yox, saat 19:00 və 21:30-da başlayacaq. Oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq:

18 mart

18:30. Ukrayna –Danimarka

21:00. Azərbaycan – Belçika          

19 mart

18:30. Belçika – Ukrayna

21:00. Azərbaycan –Danimarka

21 mart

19:00. Danimarka –Belçika

21:30. Ukrayna – Azərbaycan

Oyunlar Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43