Avropa Liqasının 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya sonuncu – 5-ci işgüzar səfəri başlayıb.
Idmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və sair məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.