27 Sentyabr 2024
Dünya futbolu

UEFA “Barselona”nı cərimələdi

UEFA İspaniyanın “Barselona” klubunu cərimələyib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb UEFA Çempionlar Liqasının əsas mərhələsində Fransada “Monako”ya qarşı keçirilmiş ilk tur oyununda nasist banner açan fanatlar olub. UEFA klubu 10 min avro cərimələyib.

“Monako” – “Barselona” görüşü qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43