Kateqoriyasız

“UEFA belə bir meydanda necə oyun sala bilər axı?” – şotlandlar narazıdı

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü “Aberdin” tərəfinin tənqid hədəfinə çevrilib.

İdmanxeber.az-ın məlumatına görə, Şotlandiya klubunun idarə heyətinin sədri Deyv Kormak Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıdakı görüşün keçiriləcəyi stadionunun ot örtüyünü tənqid edib:

“UEFA belə bir meydanda necə oyun sala bilər axı? Bakıda gözəl stadion var və bunu hava limanından gələrkən gördük. Bəlkə də biz cavab matçını həvəskar komandaya məxsus “İnverdi”də keçirməliyik!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43