19 Fevral 2025
Kateqoriyasız

UEFA “Çixura”nı cəzalandırdı

UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Çixura” klubunu cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, II təsnifatın “Bursaspor”la cavab matçında Tiflisdə keçirilən qarşılaşmada gürcüstanlı azarkeşlər meydana yad əşyalar atmaqla yanaşı, pankartlar açaraq, siyasi şüarlar səsləndirmişdilər.

UEFA məhz bu səbəbdən Saçxere təmsilçisini 15 min avro məbləğində cərimələyib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43