27 Fevral 2024
Dünyadan

UEFA-dan 9 klubla bağlı gözlənilməz cəzalar: “Mançester Siti”, PSJ, “Qalatasaray” və “Zenit”ə elə bir cəza verildi ki…

UEFA maliyyə düzgünlüyü ilə bağlı apardığı tədqiqatların nəticələrinə əsasən 9 klubu cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, bunlar “Mançester Siti”, PSJ, “Bursaspor”, “Qalatasaray”, “Rubin”, “Trabzonspor”, “Anji”, “Zenit” və Sofiya “Levski”sidi. Bundan əlavə bir neçə klubun da cəza alacağı açıqlanıb. Lakin həmin komandaların adı gizli saxlanılır.

Siyahıda yer alan 3 Rusiya klubunun ikisi 2016-cı ilə qədər məvacibləri artırmayacaqlarını bildiriblər. Onlar avrokuboklarda iştirak ərizəsinə futbolçuların salınması zamanı tam hüquqdan istifadə  edə bilməyəcəklər.

Belə ki, qurumun qaydalarına əsasən iştirak ərizəsinə 25 futbolçunun adı salına bilər. Lakin cəza alan komandalar yalnız 22 futbolçunun adını UEFA-ya göndərə bilər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43