25 Oktyabr 2024
Ölkə futbolu

UEFA-dan AFFA rəsmisinə təyinat

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Rumıniyada yerli ÇFR və Kiprin “Pafos” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 22-də Kluj-Napoka şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43