Kateqoriyasız

UEFA-dan Azərbaycan klublarına 1,14 milyon avro

Futbolçuları AÇ-2020-də iştirak edən klublara UEFA tərəfindən edilən ödənişlərin məbləği məlum olub.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, 200 milyon avro seçmə və final mərhələlərində futbolçuları ilə təmsil olunan 697 klub arasında bölüşdürülüb.

Quruma üzv olan 55 ölkə kimi Azərbaycan da siyahıdan kənarda qalmayıb. Azərbaycanın 8 klubu ümumilikdə 1 milyon 140 min 246,90 avro əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43