Dünya futbolu

UEFA-dan cəza – “Qarabağ”la oyundakı hadisələrə görə

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la matçda azarkeşlərinin yol verdiyi hərəkətlərə görə “Nant” cəzalandırılıb.

İdmanxeber.az xəbər verir ki, UEFA Fransa təmsilçisini azarkeşlərinin “Bojuar” stadionunda ictimai keçid yolları bağladığına və atəşfəşanlığa görə müvafiq olaraq 12 000 və 30 000 avro cərimələyib.

Bundan başqa, UEFA İtaliya “Yuventus”una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43