Ölkə futbolu

UEFA-dan “Neftçi” üçün şad xəbər

UEFA Avropa Liqasının pley-off mərhələsinin  “Neftçi” – “Partizan” cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”  “Partizan” komandasını adı çəkilən stadionda qəbul etmək istəməsi ilə bağlı AFFA-ya müraciət etmiş, AFFA isə məsələ ilə əlaqədar müvafiq qaydada UEFA-ya müraciət ünvanlamışdı.

Artıq Avropa futbol qurumu müraciəti müsbət cavablandırıb.

Avqustun 28-də “Neftçi” – “Partizan” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43