Kateqoriyasız

UEFA-dan “Qalatasaray”a ŞOK CƏZA

UEFA “Qalatasaray”ı sərt cəzalandırıb.

İdmanxeber.az-ın məlumatına görə, qurum “cim-bom”un Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Marsel”lə oyundakı (0:0) iğtişaşlar səbəbindən Türkiyə təmsilçisini turnirin növbəti 2 oyununda bilet satışından məhrum edib. “Qalatasaray”ın növbəti iki matçı azarkeşsiz keçiriləcək.

UEFA həmçinin klubu 50 min avro məbləğində cərimələyib. Bundan əlavə, klub stadiona dəymiş ziyana görə “Marsel”ə 8 000 avro ödəyəcək.

Qeyd edək ki, sözügedən görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın tərəfdarları müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43