Kateqoriyasız

UEFA-dan “Qarabağ” oyunu öncəsi “Ferentsvaroş”a sərt cəza

UEFA “Ferentsvaroş”u cəzalandırıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb azarkeşlərin Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Slovan”a qarşı oyunununda irqçi davranışları olub. Qərarə əsasən Budapeşt təmsilçisi 15 min avro cərimə ödəyəcək və “Qarabağ”la oyunda stadion azarkeşlər üçün qismən bağlı olacaq.

Həmçinin UEFA yenə də irqçi davranışa görə macarlara komandanın avrokuboklarda növbəti səfər matçı üçün azarkeşlərinə bilet satmağı qadağan edib.

Avqustun 3-də Bakıda “Qarabağ” və “Ferenstvaroş” arasında oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43