UEFA “Dinamo” klubuna azarkeşlərlə bağlı tətbiq etdiyi qadağanı ləğv edib.
İdmanxeber.az-ın məlumatına görə, Zaqreb klubunun fanatları Bakıda “Qarabağ”a qarşı keçiriləcək Çempionlar Liqası pley-off mərhələsinin cavab oyununda komandalarına dəstək ola biləcəklər.
“Dinamo” isə öz növbəsində tərəfdarlara oyunlar zamanı qanun pozuntularına yol verməməyə çağırıb.
Qarşılaşma avqustun 28-də oynanılacaq.